"Qalatasaray" heyətini gücləndirdi

Oxunma: 393 TARIX /

Türkiyənin "Qalatasaray" klubu "Eskişehirspor" komandasının futbolçusu Dorukhan Toközü transfer edib.

İdmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə razılıq əldə edib. 

Yarımmüdafiəçinin qarşıdakı günlərdə yeni komandası ilə müqavilə imzalayacağı gözlənilir. "Əskişehirspor" klubu bu transferdən 1 milyon TL qazanacaq. Dorukhan isə "Qalatasaray"ın ilk yay transferi olacaq. 

Qeyd edək ki, Dorukhan Toköz bu mövsüm "Eskişehirspor" forması ilə 32 oyuna çıxıb və 2 qola imza atıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin heyətində Azərbaycan yığmasına qarşı forma geyinib