"Qarabağ" "Atletiko"nu təbrik etdi

Oxunma: 432 TARIX /

“Qarabağ” Avropa Liqasında 2017-2018-ci il mövsümünün qalibi olan “Atletiko”nu təbrik edib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin rəsmi Feysbuk səhifəsi vasitəsilə edilən təbrikdə deyilir:

“Avropa Liqasını 3-cü dəfə qazanan “Atletiko”ya dostundan təbriklər”.

Xatırladaq ki, Madrid klubu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. Ağdam klubu Madridlilərlə hər iki görüşdə (0:0, 1:1) rəqibindən xal almağı bacarıb.