Azərbaycan Premyer Liqasının 28-ci, sonuncu turu çərçivəsində, hazırda davam edən "Kəpəz" - "Neftçi" matçında yerli azarkeşlərlə polis əməkdaşları arasında xoşagəlməz hallar yaşanır.

İdmanxeber.com-a daxil olan məlumata görə, əvvəlcə "Xəmsə" fan klubunun oyundan öncə hazırladığı 6 ədəd plakatın stadiona buraxılmasına icazə verilməyib. Plakatları əllərindən alınan azarkeşlər yalnız beləcə arenaya buraxılıb. Matçın gedişində isə 2 azarkeş polis məntəqəsinə aparılıb. 

Buna səbəb onların xoreoqrafiya açmaq istəyi olub.