Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - 28-ci tura start verilib. 
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 3 oyun keçirilib. Əsas diqqətlər Gəncə və Sumqayıta yönəlib. “Neftçi” səfərdə “Kəpəz”in qonağı olub və 2:1 hesabı ilə qalib gələrək 3-cü yeri, eyni zamanda Avroliqaya vəsiqəni təmin edib.
Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edib. Gərgin keçən oyun qonaqların 1:2 hesablı qələbəsi il yekunlaşıb. Bununla da "Zirə" çempionatı 4-cü yerdə başa vurub. Əgər Azərbaycan kubokunun finalında "Qəbələ" "Keşlə"yə qalib gələrsə, bu halda "Zirə" Avroliqada iştirak edəcək.  Əks halda kubokun sahibi kimi Avropa Liqasına "Keşlə" gedəcək.
Digər matçda isə “Səbail” “Keşlə”ni sınağa çəkib və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, mövsümə sabah keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Paytaxtda oynanılacaq bu görüşdən sonra Peşəkar Futbol Liqası ilk üçlüyün sahiblərinə medalları təqdim edəcək. 
Azərbaycan Premyer Liqası
28-ci tur
20 may (bazar)

17:15. "Sumqayıt” - "Zirə”  - 1:2 
Qol: Cavid İmamverdiyev, 13 (1:0), Aleksandr Dedov, 68 (1:1), Tounkara, 94 (1:2)
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
"Kapital Bank Arena”
17:15. "Kəpəz” – "Neftçi” - 1:2 
Qol: 
Ruslan Abışov, 63 (0:1), Şəhriyar Rəhimov, 67 (1:0), Lukas Qomes, 79 (1:2)
Qırmızı vərəqə: Kiril Petrov, 87 ("Neftçi"
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
Gəncə şəhər stadionu
17:15. "Səbail” - "Keşlə” - 0:1 
Qol:
 Rafael Məhərrəmli, 63
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
"Bayıl Arena”