Millimizə 25 futbolçu çağırıldı

Oxunma: 313 TARIX /

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mayın 22-dən 31-ə qədər Bakıda təlim-məşq toplanışı olacaq.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Vüqar Məmməd hazırlıq prosesinə 25 futboçu dəvət edib.


İlkin Həsənli (“Keşlə”), Ruzi Abdullayev (“Kəpəz”), Rauf Hüseynli, Bəşir Aylarov, Rüfət Abdullazadə, Elvin Cəfərquliyev, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Sərxan Osmanov, Izzət Müştaqov, Elmir Tağıyev (hamısı “Qəbələ”), Nail Alışov, Seymur Əliyev, Elton Əlibəyli, Hüseyin Hüseyinzadə, Fərid Mahmudov, Elcan Hafizli (hamısı “Neftçi”), Eldost Qiyasbəli, Sultan Mustafayev, Tahir Zeynalov, Emil Qasımov (hamısı “Səbail”), Cavid Quliyev, Xəzər Mahmudov (hər ikisi “Sumqayıt”), Riad Abbaszadə (“Şüvəlan”), Qabil Sabirli (“Zirə”)