Dünən İtaliya A Seriyasında "İnter"in "Latsio" üzərində 3:2 hesablı qələbəsindən sonra Milan təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində iştirakı dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, 26 kollektiv birbaşa qrup mərhələsində yer alacaq.


İspaniya: "Barselona"*, "Atletiko", "Real", "Valensiya"

Almaniya: "Bavariya"*, "Şalke-04", "Hoffenhaym", "Borussiya" (Dortmund)

İngiltərə: "Mançester Siti"*, "Mançester Yunayted", "Tottenhem", "Liverpul"

İtaliya: "Yuventus"*, "Napoli", "Roma", "İnter"

Fransa: "Pari Sen-Jermen"*, "Monako", "Lion"

Rusiya: "Lokomotiv"*, SSKA

Portuqaliya: "Portu"

Ukrayna: "Şaxtyor"

Belçika: "Brügge"

Turkiyə: "Qalatasaray"

Çexiya: "Viktoriya"


Qrupun digər 6 iştirakçısı təsnifar mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.

Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək.