İspaniya millisi Dünya çempionatına bu heyətlə yollanır

Oxunma: 555 TARIX /

Futbol üzrə İspaniya milli komandasının dünya çempionatı üçün yekun heyəti müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, milli komandanın baş məşqçisi Xulen Lupeteqi bu futbolçuları mundiala aparmağı planlaşdırır:

Qapıçılar: Kera Arrizzabalaqa ("Atletik”), Reyna (“Nqapoli”), David De Xea (“Mançester Yunayted”)

Müdafiəçilər: Karvahal (“Real Madrid”), Serxio Ramos (“Real Madrid”), Xerard Pike (“Barselona”), Sezar Azpilikueta ( “Çelsi”), Naço Monreal(“Arsenal”), Xordi Alba (“Barselona”), Naço (“Real Madrid), Arvalo Odriozola. 

Yarımmüdafiəçilər: Andres İniyesta, Serxio Buskets  (hər ikisi “Barselona”), Marko Asensio, İsko (“Real” Madrid), Saul Niqes, Koke ( hər ikisi "Atletiko Madrid"), Tiaqo Alkantara (Bavariya), David Silva (Mançester Siti) 

Hücumçular: İaqo Aspas ("Selta Viqo"), Rodriqo (“Valensiya") , Dieqo Koşta (“Atletiko Madrid”), Lukas Vazkes (Real Madrid)