Buffon Fransa çempionatında çıxış edə bilər

Oxunma: 280 TARIX /

İtaliyanın "Yuventus" futbol klubundan ayrılan Canluici Buffon karyerasını Fransada davam etdirə bilər. 

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qapıçı Fransa PSJ-si ilə razılıq əldə edib. 40 yaşlı qolkiper Paris təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Onun Fransa klubuna keçidi mayın 23-ü rəsmiləşə bilər.  

Qeyd edək ki, Canulici Buffon 2001 - 2018-ci illərdə "Yuventus"da çıxış edib.