"Bu əlvida deyil, hələlikdi" - Riçard Almeyda

Oxunma: 998 TARIX /

"Qarabağ"da sonuncu mövsümünü keçirən Riçard Almeyda Azərbaycan Premeyr Liqasının son turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" matçı sonrası jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com millimizin üzvünün müsahibəsini təqdim edir

- "Qarabağ"dan ayrılacağın dəqiqdi?

- Tək futbolda yox, hər sahədə bir dönəm bitir, digəri başlayır. Komandama təşəkkür edirəm. Bu əlvida deyil, hələlikdi. Heç kim sbaah nə olacağını bilmir.

- "Fiorentina" ilə müqavilə bağlayacağın deyilir...

- Xeyr, belə bir şey yoxdu.

- Hansı ölkələrdən təklif almısan?

- Müqavilə bağlayanda görəcəksiniz.

- "Qarabağ"dan ayrılmağına əsas səbəb nə idi?

- Futbol oynayanda bzən nələrisə dəyişmək istəyirsən. Bu bütün komandalarda belədi. Gedişim maddiyatla bağlı deyil.