"Sumqayıt"da qalmaq istəyərdim, amma..." - Amil Yunanov

Oxunma: 518 TARIX /

"Rəhbərliklə söhbətləşdik, ancaq razılığa gələ bilmədik".

İdmanxeber.com-a açıqlamasında bu sözləri "Sumqayıt"dan ayrılan hücumçu Amil Yunanov deyib. Klubundan ayrılmasına, müqavilənin uzadılmaması məsələsinə münasibət bildirən gənc oyunçu yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib:

"Hələlik məni düşündürən milli komandamızın toplanışıdı. Hansı klubda çıxış edəcəyim bilinmir. Mən də istəyərdim "Sumqayıt"da qalım, ancaq razılığa gələ bilmədik".