La Liqaya yüksələn ilk klubun adı bəlli oldu

Oxunma: 350 TARIX /

"Hueska" klubu növbəti mövsümdən etibarən İspaniya La Liqasında çıxış edəcək.

Idmanxeber.com-un məlumatına görə, komanda İspaniya Sequndasının 40-cı turunda səfərdə "Luqo"nu 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Beləliklə, "Hueska" sona iki tur qalmış ilk iki pillədən birini təmin edib. Xoan Franseskin rəhbərlik etdiyi kollektiv son iki turda məğlub olsa belə, ən azı ikinci yerdə qalacaq.

Qeyd edək ki, "Hueska" tarixində ilk dəfə La Liqada çıxış edəcək.