"Borussiya"da yeni baş məşqçi

Oxunma: 236 TARIX /

"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu vəzifəyə Lusyen Favr təyin edilib. Onunla 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, L.Favr ötən mövsüm "Nitsa"nı çalışdırıb.

Xatırladaq ki, "Borussiya"nı geridə qalan mövsümün birinci hissəsində Peter Bos, ikinci hissəsində isə Peter Şteger çalışdırıb.