"Neftçi" futbolçuları üçün əlamətdar oyun

Oxunma: 220 TARIX /

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Neftçi” matçı 2 yubileylə əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, 2:1 hesablı səfər qələbəsi ilə çempionatın bürünc medalını qazanan qonaqların iki oyunçusu ölkə birinciliklərində “ağ-qaralar”ın heyətində əlamətdar matçına çıxıb. Gəncədəki görüşdə hesabı açan Ruslan Abışov “Neftçi”də 150-ci çempionat oyununu keçirib. Yubileyi qolla qeyd edən müdafiəçi bu göstəricidə “Neftçi”nin Azərbaycan çempionatları tarixində 5-ci oyunçusudur. Onun komanda yoldaşı Rəhman Hacıyev isə 100-ə çatıb. O, “Neftçi”də 100 və daha çox çempionat matçına çıxan 25-ci oyunçudur.

Qeyd edək ki, ümumilikdə Azərbaycan çempionatlarında Ruslan 224-cü, Rəhman 162-ci oyununu keçirib