Azərbaycan Premyer Liqasında baş məşqçi ayrılığı

Oxunma: 668 TARIX /

Bu gün "Səbail" PFK-nın rəhbərliyi və baş məşqçi Samir Əliyev arasında görüş keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, görüşdə “Səbail”in Azərbaycan Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb. 


Qarşılıqlı razılıq əsasında Samir Əliyevin "Səbail" PFK-nın baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib. 

"Səbail" PFK Samir Əliyevə klubun baş məşqçisi kimi fəaliyyətinə görə təşəkkür edir. Ona gələcək karyerasında uğurlar arzulayır.