Dario Frederiko "Kəpəz"lə belə vidalaşdı - FOTOLAR

Oxunma: 1028 TARIX /

"Kəpəz"in lideri Dario Frederiko rəsmən klubdan ayrıldığını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı oyunçu şəxsi "instagram" hesabında Gəncə klubuna öz dərün təşəkkürünü bildirib:

"Təşəkkürlər, "Kəpəz"! Birlikdə keçirdiyimiz 2 il 6 ay üçün. İlk öncə Allaha təşəkkürümü bildirirəm, onsuz heç bir şey alınmazdı. Azarkeşlərə  təşəkkürümü çatdırıram ki, bu illər ərzində öz sevgilərini mənə nümayiş etdiriblər. Təşəkkürlər!"

Qeyd edək ki, Darionun "Neftçi"yə keçəcəyi gözləniləndi.