Millimizin rəqibi dəyişdi

Oxunma: 238 TARIX /

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün əvvəlcədən məlum olduğu kimi Makedoniyanın U-21 yox , U-20 komandası ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, səbəb Makedoniya yığmasının Bakıya gələn heyətinə 1998/99-cu il təvəllüdlü futbolçular daxil olmasıdır.

Beləliklə, qeyd olunan yoldaşlıq oyunları hər iki ölkənin U-20 yığma komandası arasında keçiriləcək.

Qeyd edək ki, “Dalğa Arena”da oynanılacaq görüş saat 19:00-da başlayacaq.