2020-ci ildə UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, matç "Atatürk" Olimpiya Stadionunda olacaq.

Bu arena səsvermədə Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj" stadionunu üstələyib. 

Qeyd edək ki, 2005-ci ildə qitənin ən nüfuzlu klub turnirinin finalında İngiltərə təmsilçisi “Liverpul”un İtaliya “Milan”ını məğlub etdiyi oyun da bu arenada baş tutub.