Almaniya klubundan Dmitri Nazarova təklif

Oxunma: 782 TARIX /

Millimizin futbolçusu Dmitri Nazarov "Erzgebirge"ni tərk edə bilər.

İdmanxeber.com-un məlumatına görə, ikinci Bundesliqa təmsilçisi "Darmştadt" 28 yaşlı oyunçu ilə maraqlanır. Ancaq bunun üçün klub Aue təmsilçisini bu transferə razı salmalıdır.

 

Qeyd edək ki, D.Nazarovun "Erzgebirge" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.