"Sumqayıt" Cavidlə müqaviləni uzatdı

Oxunma: 408 TARIX /

“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
 
İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçi Cavid Tağıyev gələn mövsüm də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

 
Qeyd edək ki, Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub. "Sumqayıt" daha öncə kapitan Vurğun Hüseynovla müqaviləni 2 il müddətinə uzadıb.