İngiltərədə həvəskar komandanın futbolçuları və azarkeşlər oyundan sonra hakimi döyüblər.

İdmanxeber.com-un məlumatına görə, hadisə Londonda Türkiyə ictimaiyyəti Futbol Federasiyasının təşkil etdiyi çempionatın final oyununda baş verib. 

Oyun yekunlaşandan sonra oyunçular və fanatlar hakimin üzərinə hücum çəkiblər. Hakim qaçmaq istəsə də, futbolçulardan biri onu yerə yıxıb. Daha sonra isə zərərçəkmişi mühasirəyə alaraq döyüblər.

Hüquq mühafizə orqanları gələnədək təcavüzkarlar hadisə yerindən qaçıblar. Polis və London Futbol Assosiyası hadisəni araşdırır.