"Arsenal" "Yuventus"un futbolçusunu transfer etdi (RƏSMİ)

Oxunma: 612 TARIX /

"Arsenal" "Yuventus"da əsas heyətə düşə bilməyən Stefan Litştayneri komandaya cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb. 

Azad agent kimi London təmsilçisinə keçən isveçrəli futbolçu yeni komandası ilə 1 illik müqavilə bağlayıb. O, "Arsenal"da 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Lixtştayner 2011-ci ildən "Yuventus"da oynayırdı.