İspaniya La Liqasının başa çatan mövsümündə zəif çıxış edərək ikinci liqaya yuvarlanan "Las Palmas" "Qarabağ"ın futbolçusu Dani Kintananı transfe etməkdən imtina edib.

İdmanxeber.com-un İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, Ağdam klubunun üzvünün klubun sabiq idman direktoru Toni Kruzun maraq dairəsində idi və futbolçu ilə danışıqlar aparırdı. Lakin idman direktoru vəzifəsinə Toni Oteronun gətirilməsindən sonra onunla müqavilə imzalamaqdan imtina edilib. 

Yeni gələn direktor “Las Palmas”ın heyətində gəncləşdirmə siyasəti aparmaq fikrində olduğu bildirilib.

Qeyd edək ki, Kintananın "Qarabağ"la müqaviləsi bu ayın sonu başa çatır.