DÇ-2018: Kolumbiya millisində dəyişiklik

Oxunma: 324 TARIX /

Kolumbiya millisinin dünya çempionatı üçün heyətində dəyişiklik edilib.

İdmanxeber.com-un məlumatına görə, sözügedən yığmanın müdafiəçisi Frank Fabra zədələnib. “Boka Xuniors”un üzvü məşq zaman dizindən xəsarə alıb. Onun zədəsi ciddi olduğundan, dünya çempionatını buraxmaq məcburiyyətində qalıb.

Artıq komandanın məşqçilər korpusu yığmaya yeni futbolçu dəvət ediblər. Fabranı Paraqvayın “Olimpiya” klubunda çıxış edən həmyerlisi Farid Dias əvəz edib. Bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 34 yaşlı müdafiəçi Kolumbiya yığmasında 13 oyun keçirib.

Kolumbiya mundialda Polşa, Seneqal və Yaponiya ilə bir qrupda mübarizə aparacaq.