Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin U-21 və əsas millimizlə keçirilən yoldaşlıq oyunları haqda fikirlərini bildirib.

İdmanxeber.com-un  məlumatına görə, o, bunları deyib:

"Azərbaycanla oyunun hesabı və nəticəsi bizi sevindirdi, amma bunu böyütmək lazım deyil. Millətlər Liqasının startına hələ 3 ay var. Milli üzvləri öz optimal formalarını yığmalıdırlar. Qarşıda avrokubok oyunları var. Bunun köməyi ilə qazaxıstanlı futbolçular öik nöqtəyə çata bilərlər. Stanimir Stoilov qısa vaxt ərzində futbolçularda inam formalaşdıra bilib. Onlar da bunun qarşılığını yoldaşlıq oyunlarında artıqlaması ilə verdilər. Ümid edirəm ki, yığma Millətlər Liqasına kimi tam hazır olacaq”.


Qeyd edək ki, Astanada keçirilən oyunlarda U-21 yığmamız qazaxıstanlı həmyaşıdları ilə 1:1 hesablı heç-heçə edib, əsas millimiz isə rəqibinə 0:3 hesabı ilə uduzmuşdu.