"Neftçi" rəsmisi: "Ayın 16-dan sonra hər şey bilinəcək"

Oxunma: 429 TARIX /

"Neftçi" bu həftə məşqlərə start verir.

Bu barədə İdmanxeber.com-a açıqlamasında "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi komandadan göndəriləcək və qalacaq futbolçuların 16-dan etibarən bəlli olacağını bildirib:

"Komanda bu həftədən məşqlərə start verir. Baş məşqçimiz hazırda vətənindədi. O, iyunun 16-da Bakıya dönəcək. Bundan sonra komandada kimin qalacağı və ya gedəcəyi, eləcə də yeni transferlərin kimlər olacağı bilinəcək".