Prezident İlham Əliyev DÇ-2018-in açılışına gedir

Oxunma: 214 TARIX /

Azərbaycan prezidenti İlham Əliyev DÇ-2018-in açılış mərasimində iştirak edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu haqda Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan Prezidenti Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb. Bundan başqa, açılışa Ermənistanın yeni baş naziri Nikol Paşinyan da qatılacaq.

Xatırladaq ki, açılış mərasimi  iyunun 14-də Rusiyanın “Lujniki” stadionunda təşkil ediləcək. Açılışdan sonra çempionatın ilk görüşü - Rusiya - Səudiyyə Ərəbistanı matçı keçiriləcək.