"Neftçi"dən ilk transfer, 3 müqavilə

Oxunma: 912 TARIX /

"Neftçi” 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə örə,  Tural Axundovla 1illik müqavilə imzalanıb. 29 yaşlı cinah müdafiəçisi 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tural Axundov karyerası ərzində "Muğan”ın (39 oyun, 3 qol), "Rəvan”ın (54 oyun), "Simurq”un (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən 18 nömrə 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan futbolçu, Belarusiya və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

Bundan başqa, "Neftçi" 3 futbolçusu ilə müqaviləni yeniləyib. Komandanın kapitanı Ruslan Abışov 2 il, Məhəmməd Mirzəbəyov isə daha 1 il "ağ-qara” formanı geyinəcək. Ukraynalı müdafiəçi Kirilo Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

Qeyd edək ki, ötən mövsüm Abışov 30 oyunda 5 qol, Petrov 24 görüşdə 1 qol vurub. Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.