“Neftçi” Peşəkar Futbol Klubunun 2018/19 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib.

İdmanxeber.com paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.

“Neftçi” iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində Roberto Bordinin yetirmələri 4 yoxlama görüşü keçirdəcək. Rəqiblərin kimliyi haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.