"Neftçi" İdmanxeber.com-un xəbərini təsdiqlədi!

Oxunma: 357 TARIX /

Yeni mövsümdə "Neftçi"yə rəhbərlik edəcək Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirən Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.

Xatırladaq ki, F.Məmmədovun "Neftçi"əki təyinatlı ilə bağlı bir neçə saat öncə xəbər vermişdik.

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.