Dünya çempionatının ən bahalı komandası hansıdı?

Oxunma: 206 TARIX /

Dünya çempionatında iştirak edəcək komandaların heyətindəki futbolçuların dəyəri açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, ÇIES-in araşdırmasına görə, Fransa yığması mundialın ən bahalı komandasıdı. Bu millinin üzvlərinin bütövlükdə dəyəri 1 milyard 410 milyon avroya çatır.

Siyahıda ikinci yeri İngiltərə yığması (1 milyard 386 milyon avro), üçüncü pilləni isə Braziliya millisi (1 milyard 269 milyon avro) tutur.

DÇ-də iştirak edəcək 32 komandanın ümumi dəyəri isə 12,6 milyard avrodu.