"Zirə" "Neftçi"dən futbolçu transfer etdi

Oxunma: 287 TARIX /

"Zirə" 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

İdmanxeber.com-un klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Qəsəbə təmsilçisi "Neftçi"dən ayrılan İlkin Qırtımovu heyətinə qatıb. Müdafiəçi ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, İ. Qırtımovun sonuncu klubu “Neftçi” olub. O, daha əvvəl “Simurq” və “Keşlə”də də çıxış edib.