"Fənərbağça" hücumçusunu satdı

Oxunma: 187 TARIX /

Türkiyənin "Fənərbağça" klubunun hücumçusu Fernandao karyerasını Səudiyyə Ərəsəbistanında davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı forvard "Əl Vəhda" klubu ilə 3 illik müqavilə bağlayacaq. Transferlərin şərtləri açıqlanmayıb. Lakin Türkiyə mətbuatının məlumatına görə, bu keçid üçün İstanbul klubuna 6,5 milyon avro ödəniləcək.

Braziliyalı futbolçu 2015-ci ildə "Bursaspor"dan "Fənərbağça"ya keçmişdi.