İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, mundiala bir gün qalmış postundan qovulan Xulen Lopeteqeni Fernando Yerro əvəzləyəcək. O, dünya çempionatı başa çatana kimi millinin başında olacaq.

Qeyd edək ki, Yerro buna qədər İspaniya Futbol Federasiyasında idman direktoru idi. 1989-2002-ci illərdə millinin formasını geyinən veteran müdafiəçi 89 oyuna 29 qol vurub.