Azarkeşlər hollandiyalı ulduzu xəstəxanalıq etdi

Oxunma: 254 TARIX /

Portuqaliyanın "Sportinq" klubunun hücumçusu Bas Dostun azarkeşlərin hücumuna məruz qalaraq başından yaralanmasının ardından onun bərk sarsıntı keçirdiyi üzə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı forvard bu hadisədən sonra klubla olan müqaviləsini ləğv etdirərək, komandadan ayrılıb. Hazırda onun pxisoloji problemlərinin olduğu və bu səbəbdən də müayinə aldığı ortaya çıxıb.

Qeyd edək ki, Superliqanın son turunda Maritimuya 2:1 yenilən Lissabon klubunun azarkeşləri komandanın bazasına hücum edib.