"Zirə"dən növbəti transfer

Oxunma: 282 TARIX /

“Zirə” növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un klubun feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Kamal Mirzəyevi heyətinə cəlb edib.

23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə bağlanılıb. Onun sonuncu klubu “Sumqayıt” olub. Mirzəyev daha əvvəl “Qəbələ” və AZAL-da da çıxış edib.

Qeyd edək ki, "Zirə" daha əvvəl müdafiəçi İlkin Qırtımovu da transfer edib.