"Keşlə" hücumçusunu tapdı - RƏSMİ

Oxunma: 292 TARIX /

"Keşlə" növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, Bakı təmsilçisi mövsümün sonunda "Sumqayıt"dan ayrılan Amil Yunanovu heyətinə qatıb. Milli komandamızın da formasını geyinən hücumçu ilə 1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, A. Yunanov ötən mövsüm 10 qolla Azərbaycan Premyer Liqada Baqali Dabodan (13 qol) sonra ən sərrast 2-ci futbolçu olub.