"Qarabağ" Dani Kintananı razı salmağa çalışır.

Hazırda vətənində olan ispaniyalı yarımmüdafiəçi bu gün Bakıya gəlir. Məhz bundan sonra klub futbolçunun maaşının artırılması məsələsini yenidən onun özü ilə müzakirə edəcək.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.com-a açıqlamasında ən geci 2 günə Dani ilə bağlı bütün məsələlərə aydınlıq gələcəyini dedi:

"Dani hazırda vətənindədi. O, bu gün Bakıya gələcək. Bundan sonra onunla danışıqlar davam etdiriləcək. Ümumiyyətlə bizdə futbolçularla müqavilə yeniləmək hər zaman son mərhələdə olur. Dani 3 ildən çoxdu ki, "Qarabağ"da çıxış edir. Klub onu saxlamaqda maraqlıdır. Qarşımızdakı 48 saat ərzində hər şey bilinəcək".

Qeyd edək ki, ispaniyalı futbolçunu "Las Palmas" da sıralarına qatmaq istəyirdi.