Qurban Qurbanov niyə Səudiyyə Ərəbistanına getmişdi?

Oxunma: 585 TARIX /

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Səudiyyə Ərəbistanında səfərdə olub.  

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis milli komandanın düşərgəsini tərk etdikdən sonra Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yola düşüb. Qurbanov burada Ümrə ziyarətində (kiçik Həcc ziyarəti) olub.

Ziyarətini başa vuran Qurbanov ötən gün vətənə qayıdıb.  O, bu gün "Qarabağ"ın düşərgəsinə qoşulub.

Qeyd edək ki, Qurbanov bir neçə dəfə Ümrə ziyarətində olub.