"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm". 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.  

Albanbiyalı müdafiəçi Ağdam klubu ilə yeni müqavilə imzalamasına münasibət bildirib.  O, bu mövsüm geridə qalan 8 ildə göstərdiyi performansın eynisini təkrarlamaya çalışacağına söz verib: "Keçənilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, 2010-cu ilin iyulundan "Qarabağ"da çıxış edən Ansi Aqolli ötən gün klubla müqaviləsini 2019-cu ilin iyununadək uzadıb.