Bordin "Neftçi"yə italiyalı futbolçu gətirir

Oxunma: 497 TARIX /

“Neftçi”nin italiyalı yeni baş məşqçisi Roberto Bordin ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, italiyalı mütəxəssis Bakı klubundakı hədəflərindən danışıb:

“Neftçi”nin iki illik layihəsi xoşuma gəldi. Futbol ictimaiyyəti bu komandanın yüksək yerlərə qayıtmasını arzulayır. Klubla iki illik müqaviləm var. Hədəfə çatmaq çətin olacaq. Çünki rəqiblərimiz sırasında güclü komandalar var. Məsələn, "Qarabağ" son illərdə böyük uğurlar əldə edib. Artıq rəqabətədavamlı, yaxşı komandamız var. Amma bizə yenə güclənmək lazımdı. Maraqlandığımız futbolçular arasında italiyalılar da var. Bu, dil baxımından da vacibdi”.

O, niyə məhz “Neftçi”ni seçdiyinə belə aydınlıq gətirib:

“Mənimlə maraqlanan klublar var idi. Amma yalnız "Neftçi" ilə təmasda oldum. Bu klub məni çox istəyirdi. Moldovada (“Şerif”) çox yaxşı çalışdım, vacib hədəflərə nail olduq. Azərbaycanda da Moldovadakı kimi bacaracağıma, amma gələcəkdə evimə qayıdacağıma inanıram".