“Real” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubu “Santos”un 17 yaşlı hücumçusu Rodriqo Qoisi.

"Kral klubu" sözügedən transfer üçün 45 milyon avro xərcləyib. Futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Gənc hücumçunun İspaniya klubundakı qazancı 4 milyon avro olacaq.

Qeyd edək ki, Rodriqo 2019-2020 mövsümünə kimi “Real”ın U-19 komandasında forma geyinəcək.