Ronaldodan tarixi rekordlar

Oxunma: 364 TARIX /

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatlarının tarixinə tarixə düşüb.

33 yaşlı hücumçu DÇ-2018-in ilk turunda İspaniya ilə matçında qol vuraraq rekorda imza atıb.

Penaltidən hesabı açan Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. O, AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən azı bir dəfə rəqib qapısından top keçirib.

Ronaldo eyni zamanda ardıcıl 4 dünya çempoionatında  (DÇ-2006, DÇ-2010, DÇ-2014)  qol vuran  4-cü oyunçu olub. Daha əvvəl Uve Zeeler, Pele və Miroslav Kloze də buna nail olub.

Portuqaliya millisinin kapitanı, həm də mundiallarda İspaniyaya qarşı het-trik edən ilk futbolçu olub. Buna 33 yaş 130 günlüyündə nail olan Ronaldo, həm də dünya çempionatlarında het-trikə imza atan ən yaşlı futbolçu adına yiyələnib.