Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıda 4 klubumuz yer alıb.

Klublarımızdan ən yaxşı göstərici yenə "Qarabağ"a məxsusdu. Ağdam klubunun hesabında 1169 xal var. 526-cı sırada qərarlaşan Qurban Qurbanovun yetirmələrindən sonra ölkəmizin ən yaxşı ikinci göstəricisinə malik komanda "Keşlə"di. Paytaxt klubu 368 xalla 717-ci yerdədi.

“Qəbələ” 255 xalla 747-cü (1), “Zirə” isə 217 xalla planetin 774-cüsüdür (-1).

Qeyd edək ki, siyahıya 16378 xalla Madrid “Real”ı başçılıq edir. “Barselona” 15485 xalla 2-ci, “Qremio” (Braziliya) 14679 xalla 3-cüdür.