Maradona Messidən hesabat tələb etdiyi üçün saxlanıldı

Oxunma: 1019 TARIX /

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona millisinin İslandiya ilə oyunundan sonra polis tərəfindən saxlanılıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb onun oyunun 64-cü dəqiqəsində penaltini vura bilməyən Lionel Messidən həsabat tələb etməsi olub. Belə ki, Maradona oyundan sonra komandanın oyunub-geyinmə otağına yollanıb.  Amma polislər Maradonanın istəyini həyata keçirməsinə icazə verməyiblər.  

Veteran oyunçu izahatı alındıqdan sonra sərbəst buraxılıb.  

Qeyd edək ki, Argentina - İslandiya matçı 1:1 hesablı bərabərliklə başa çatıb.