Almaniya uduzdu, Braziliya heç-heçə etdi

Oxunma: 446 TARIX /

Bu gün Rusiyada keçiriləcək DÇ-2018-də növbəti oyunlar keçirilib.

İdmanxeber.com-un məlumatına görə, yarışın 4-cü günündə 3 qarşılaşma baş tutub.

Günün ilk matçı Kosta Rika və Serbiya milliləri arasında olub.. Matç serblərin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Digər qarşılaşma son dünya çempionu Almaniya ilə Meksika arasında olub. Burada Meksika millisi senssasiyaya imza ataraq almanları yenib.

Günün son matçı isə çempionluğa iddialı Braziliya ilə İsveçrə milliləri arasında baş tutub. Bu oyunda hesabı Cənubi amerikalılar açsa da, isveçrəlilər hesaba tarazlıq gətirərək 1 xalı aktivinə yazdırıb.
 

17 iyun

E qrupu

22:00. Braziliya - İsveçrə - 1:1
Qol: Koutinyo, 20 (1:0), Stiven Suber, 50 (1:1)
Rostov. "Rostov Arena”

16:00. Kosta-Rika - Serbiya - 0:1
Qol: Aleksandr Kolarov, 57
Samara. "Samara Arena”
F qrupu

19:00. Almaniya – Meksika - 0:1
Qol: İrvinq Losano, 35
Moskva, "Lujniki" stadionu