Emin Mahmudov daha 2 il "Neftçi"də

Oxunma: 183 TARIX /

"Neftçi” daha bir futbolçu ilə müqavilə müddətini artırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən mövsüm paytaxt təmsilçisinin heyətində çıxış edən Emin Mahmudov daha 2 il ağ-qara formanı geyinəcək. Milli komandamızın da üzvü olan 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 27 oyunda 2 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqavilə yeniləmişdi.