“Çezena”da çıxış edən Kərim Laribinin "Qarabağ"a niyə keçə bilməməsinin səbəbi bəlli olub

İdmanxeber.com-un məlumatına görə, İtaliya klubu sözügedən transfer üçün Ağdam təmsilçisindən 80 mn avro tələb edib. Ancaq tunisli futbolçunun meneceri bildirib ki, “Qarabağ” qarşı tərəfə pul ödəməməlidir. Laribi ancaq İtaliyanın başqa bir klubuna keçəcəyi təqdirdə “Çezena”ya müqavilədə göstərilən məbləğ verilə bilər.

Qeyd edək ki, “Qarabağ”a keçəcəyi söylənilən Laribi karyerası ərzində İtaliyada “Palermo”, “Sassuola” və “Bolonya” kimi komandaların formasını geyinib.