Xorvatiya millisidə gərginlik: Kaliniç millidən qovuldu

Oxunma: 613 TARIX /

Xovatiya millisinin hücumçusu Nikola Kaliniç komandanın heyətindən qovulub.

İdmanxeber.com-un məlumatına görə, "Milan"da çıxış edən hücumçunun heyətdən kənarlaşdırılmasının səbəbi Nigeriya ilə matçda baş məşqçi Zlatka Daliçin onu 85-ci dəqiqədə meydana buraxmaq istəməsi və təcrübəli forvardın çiynində ağrılar olduğu üçün oyuna girməkdən imtina etməsi olub.

Xorvatiya Futbol Federasiyası Kaliniçin meydana çıxmamaq üçün gətirdiyi bəhanəyə görə komandadan kənarlaşdırılıb. Komandadan qovulan Kaliniç artıq Xorvatiyadadı.