Sabah Avropa Liqasında da 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində yarışacaq Azərbaycan komandalarının - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin yekun potensial rəqibləri artıq bəllidi.

Azərbaycanın hər üç təmsilçisi püşkatmada səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, təmsilçilərimizin mümkün rəqibləri nisbətən zəif hesab olunan səpələnməmişlərdi.

“Qəbələ”:  “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda” (Slovakiya) 

“Neftçi”: “Buduçnost” (Çernoqoriya), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və “Rasinq Yunion” (Lüksemburq)

“Keşlə”: “Milsami” (Moldova), “Rudar” (Çernoqoriya), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltzan” (Malta)