Bu gün Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

İdmanxeber.com-un məlumatına görə, mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Ağdam klubunun bəxtinə Sloveniya "Olimpiya"sı düşüb.

I təsnifat  mərhələsi

“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Şerif” (Moldova)

“Şkendiya” (Makedoniya) - TNS (Uels)

“Suduva” (Litva) - APOEL (Kipr)

“Düdelanj” (Lüksemburq) - “Videoton” (Macarıstan)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.